Qubanın Küpçalqışlaq kəndində təhlükəli vəziyyət yaranıb.
Belə ki, 400-dən çox insanın məskunlaşdığı kənddə sakinlər yaşayış məntəqəsinin ətrafından keçən Qudyalçaya selin gəlməsindən narahatdırlar.
Səbəb isə son vaxtlar yağan güclü leysan yağışlarından sonra selin çayın kənarındakı torpaq qatını uçurmasıdır. Torpaq kütləsini yuyaraq evlərə doğru yaxınlaşan çay ərazidə təhlükəli vəziyyət yaradıb.
"Yolumuz, demək olar ki, gedib. Kəndə iki maşın güclə girib-çıxa bilir. Ərazidə olan 10 min voltluq xətt də uçsa, kənd yolsuz və işıqsız qalacaq", - sakin bildirib.
Daha ətraflı Baku TV-nin materialında:
Qubanın Küpçalqışlaq kəndində təhlükəli vəziyyət yaranıb.
Rəylər