Aramsız yağan yağış Goranboyun qəsəbə və kəndlərində fəsadlar törədib.
Əkin sahələrinə və fərdi evlərə ziyan dəyib.
Sakinlərin sözlərinə görə, sel suları evlərə dolub.
"Xahiş edirik, kəndimizə bir əncam çəkilsin, belə şey olmaz. Balaca daxmadır, selə görə çat verib", - kənd sakini söyləyib.
Goranboyda və Samuxda sel fəsadlar törədib
Goranboy və Samux rayonundan sel keçib.
APA-nın yerli bürosunun məlumatına görə, gecə saatlarından yağmağa başlayan yağış rayonun Nizami, Dəyirmanlar və Azad kəndləri ərazisində əkin sahələrini sel suları basıb. Həmçinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsi sel sularının altında qalıb. Avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bundan başqa rayonun kənd yollarını da sel basıb.
Dərhal rayon icra hakimiyyətinin fövqəladə hallar komissiyasının üzvləri kəndlərə ezam olunublar. Goranboy RİH-in başçısının birinci müavini, FH komissiyasının sədri Seymur Nəzərov bildirib ki, sel sularının evlərə dolmasının qarşısını almaq üçün ərazilərə texnikalar cəlb olunub.
Samuxda güclü yağışdan sonra gələn sel suları fəsadlar törədib. Rayonun Eldar, Burunqovaq və bir neçə kəndlərində sel suları evlərə dolub. Həmçinin əkin sahələri də sel sularının altında qalıb. Hazırda Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları sözügedən ərazilərə ezam olunublar.
Rəylər