Kürdəmirdə iyunun 30-da baş verən Kürdəmirdə avtomobil qəzasında yaralanan çoban xəstəxanada ölüb.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, qəza zamanı ağır bədən xəsarəti alan çoban, 1972-ci il təvəllüdlü Şamil Qəni oğlu Quliyevin həyatını xilas etmək mümkün olmayıb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpılıb, 15-ə yaxın heyvan tələf olub.
"Report" xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun 178-ci kilometrində rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1972-cil il təvəllüdlü Şamil Qəni oğlu Quliyevin idarə etdiyi "Mercedes-Benz" markalı minik maşını Gəncə istiqamətində hərəkətdə olarkən yoldan keçən qoyun sürüsünə çırpılıb. Nəticədə 15 başa yaxın xırdabuynuzlu heyvan tələf olub.
Hadisə zamanı avtomobildə olan sərnişin ağır xəsarətlər alıb.
Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Rəylər