Kürdəmirdə doğuş üçün xəstəxanaya gətirilən 20 yaşlı ananın uşağı ölü doğulub.
Rayonun Sor-Sor kənd sakini 2004-cü il təvəllüdlü Nailə Cəfərova noyabr ayının 6-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib. Noyabrın 11-nə kimi müalicə olunaraq xəstəxanadan xaric olub.
Noyabr ayının 15-də isə onun ağrıları tutduğu üçün yenidən doğuş üçün xəstəxanaya müraciət edib amma uşağın ana bətnində ölü olduğu məlum olub.
Uşağın atası Cahid Cəfərovun sözlərinə görə, həkim onlara hər şeyin qaydasında olduğunu deyib:
"Həkimə dedim ki, əgər yoldaşımın vəziyyəti ağırdırsa, göndərişlə onu Bakıya aparaq. Dedi ki, narahat olmayın. Mənim xəstəm var, Bakıya gedib çatdırıb qayıdacağam. Mənim övladımı tələf etdilər".
Qeyd edək ki, ötən günlərdə Zaqatalada da yeni doğulan körpə ölümü qeydə alınmışdı.
Ətraflı Baku TV-nin süjetində:
Kürdəmirdə doğuş zamanı ÖLÜM
Rəylər