UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda 5-ci turun oyunu keçirilib, Portuqaliya və Polşa milliləri qarşılaşıblar.
Oxu.Az xəbər verir ki, Portodakı "Draqau" stadionunda keçirilən oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 5:1.
Kriştianu Ronaldu dubl və məhsuldar ötürmə edib (72, 87). Portuqaliya millisinin heyətində Rafael Leau (59), Brunu Fernandeş (80) və Pedru Netu (83) hərəyə bir qola imza atıblar. Qonaqların yeganə qolunu müdafiəçi Dominik Marçuk (88) vurub.
Qrup mərhələsinin beş turundan sonra Portuqaliya millisi 13 xal toplayıb və birinci yerdədir. Polşa dörd xal qazanaraq üçüncü yerdə qərarlaşıb.
Turun oyunları aşağıdakı nəticələrlə bitib:
UEFA Millətlər Liqası, V tur:
A Liqası
I qrup
Şotlandiya - Xorvatiya - 1:0
Portuqaliya - Polşa - 5:1
IV qrup
Danimarka - İspaniya - 1:2
İsveçrə - Serbiya - 1:1
C Liqası
II qrup
Kipr - Litva - 2:1
Rumıniya - Kosovo - 0:0
III qrup
Şimali İrlandiya - Belarus - 2:0
Lüksemburq - Bolqarıstan - 0:1
D Liqası
I qrup
San-Marino - Cəbəllütariq - 1:1
Rəylər