Mərdəkanda güclü yağışdan sonra 123 nömrəli tam orta məktəbin hasarı uçub.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində yaxınlıqdakı avtomobillərə ziyan dəyib.
Mövzu ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, davamlı yağışlar nəticəsində gecə saatlarında 123 nömrəli tam orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub.
"Məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb", - cavabda qeyd olunub.
Ətraflı videomaterialı təqdim edirik:
Mərdəkanda güclü yağışdan sonra 123 nömrəli tam orta məktəbin hasarı uçub.
Aygün Mirakif
Rəylər