Metronun "Avtovağzal" stansiyasının çıxışında, yeraltı keçiddə tavandan su sızır. Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Qeyd edilib ki, yeraltı keçiddə günün bütün saatlarında tavandan su sızır. Bunun qarşısını almaq üçün isə yolun hərəkət hissəsinə vedrə qoyulub ki, bu da insanların keçiddən istifadə etməsinə qismən maneə yaradır.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, artıq bu gecədən etibarən sızıntının qarşısını almaq üçün axıntının yönləndirilməsi və digər texnoloji tədbirlər görüləcək:
"Qəfil axıntı yaranıb. Sərnişinlər olan müddətdə isə orada işlər aparmaq olmaz. Məsələ aidiyyəti şəxslər tərəfindən qiymətləndirilib, vətəndaşlar üçün hansısa təhlükə yoxdur".
Aytac Qasımova
Rəylər