"Hesablama Palatasının Bakı Dövlət Universitetində (BDU) aşkarladığı nöqsanlarla bağlı bir neçə izahat alınıb".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, müvafiq dövrlər üzrə nəzarət qurumları tərəfindən audit yoxlamaları aparılır. Təbii ki, prosesdə nöqsanlar üzə çıxır:
"Prosedur olaraq Elm və Təhsil Nazirliyi tərəfindən həmin qüsurlarla bağlı ilk olaraq izahat alınır. Çünki qarşı tərəfin də rəyi alınmalıdır. Orada bir neçə qüsur ola bilər. Əgər hansısa maliyyə qüsurları varsa, onların bərpası məsələsi həmişə qaldırılır. Amma digər məsələlər əgər texniki xarakter daşıyırsa, bu halda həmin qurumlara xəbərdarlıq edilir. Bu qüsurlara yol verilməməsi tapşırılır".
Qeyd edək ki, Hesablama Palatası 2024-cü ilin İş planına əsasən, Bakı Dövlət Universitetində həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində nöqsanlar aşkar edib.
Məhərrəm Əliyev
"Hesablama Palatasının Bakı Dövlət Universitetində (BDU) aşkarladığı nöqsanlarla bağlı bir neçə izahat alınıb".
Rəylər