Quba rayonunda intihara cəhd hadisəsi baş verib.
"7Times.az" xəbər verir ki, 2005-ci il təvəllüdlü Emiliya Əlimirzə qızı Kərimli kütləvi halda dərman preparatlarını qəbul edərək intihara cəhd edib. O, dərhal Quba Müalicə Diaqnostika mərkəzinə çatdırılıb.
Xəstəxanada edilən tibbi yardımdan sonra xəstənin həyati təhlükəsi aradan qaldırılıb.
Emiliya Kərimlinin intihara cəhd etməsinə isə əri tərəfindən döyülməsinin səbəb olduğu bildirilir.
Hadisə Quba rayonunun 1-ci Nügədi kəndində baş verib.
Rəylər