Saatlıda avtomobil piyadanı vuraraq öldürüb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qıraqlı kənd tam orta məktəbinin yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, təxminən ahıl kişini avtomobil vuraraq öldürüb. Sürücü isə hadisə yerindən qaçıb.
Hazırda piyadanın, habelə sürücünün kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Rəylər