Saatlıda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.
“Qafqazinfo” xəbər verir ki, rayonun Məzrəli kənd sakini, 1987-ci il təvəllüdlü Telman Ehtiram oğlu Mehdiyev özünü yaşadığı evin qarşısında güllələyib. Ağır xəsarət alan şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəfat edib.
Bildirilir ki, T.Mehtiyev Bakıda ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar 1 milyon manata yaxın borcu formalaşıb. Bir neçə gün əvvəl pul sahibləri onun ardınca Saatlı rayonuna gediblər, həmçinin barəsində polisə şikayət edilib.
Araşdırmalar davam etdirilir.
Saatlıda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.“Qafqazinfo” xəbər verir ki, rayonun Məzrəli kənd sakini, 1987-ci il təvəllüdlü Telman Ehtiram oğlu...
10:11
Saatlıda özünü güllələyən şəxs xəstəxanada ölüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, intihar edən Telman Mehdiyev yaralı halda Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.
09:14
Saatlıda güllələnmə hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Məzrəli kəndində qeydə alınıb.
Hələlik şəxsiyyəti məlum olmayan bir nəfər güllə yarası ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Hazırda ona tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Dursun Tağıyeva
Rəylər