Şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova sentyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkidə lider namizəddir.
Tibb bacısı işləyən Gülşad xanım 34 saylı Şahbuz şəhər seçki dairəsindən qələbə qazanaraq ən yüksək göstərici - 75.28 faiz səs toplayıb.
"Oğlum özünü Vətənə, millətə, bayrağa qurban verdi. Mənim də canım Azərbaycana fəda olsun. Ən çox istədiyim şey şəhidlərimizin adlarının əbədiləşdirilməsi, döyüş yollarının araşdırılmasıdır", - deyə şəhid anası Baku TV-yə açıqlamasında deyib.
Şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova sentyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkidə lider namizəddir.
Rəylər