Bakı metrosunun "Nəriman Nərimanov" stansiyasından "Gənclik" stansiyası istiqamətində gedən qatar tuneldə qalıb.
Bununla bağlı Oxu.Az-a sərnişinlər məlumat veriblər.
Hadisə ilə bağlı "Bakı Metropoliteni" ASC-yə sorğu ünvanladıq.
Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.
O qeyd edib ki, "Qara Qarayev" stansiyasında sərnişin vaqon qapısının qəza açılıb-bağlanma kranından istifadə etdiyi üçün maşinist həmin qapıya baxış keçirib və kranı normal statik vəziyyətinə qaytarıb.
"Bunun nəticəsində "yaşıl" və "qırmızı" xətlərdə intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb. Maşinist qatar hərəkətdə ikən həmin qapının normal rejimdə işləmədiyi barədə dispetçerə məlumat verib. Bu səbəbdən qatar baxış keçirilməsi məqsədilə "Nərimanov" stansiyasında xətdən çıxarılıb. Əvəzinə başqa qatar verilib".
Əzizə İsmayılova
Sərnişin müdaxilə etdi, Bakı metrosunda PROBLEM YARANDI
Rəylər