Şərur rayonunun Kosacan kəndində sakinlər susuzluqdan əziyyət çəkirlər.
Onların sözlərinə görə, təxminən 20-yə yaxın evin içməli su ilə təminatında problem var. Əhalinin bir qismi digər qonşulardan qablar vasitəsilə su daşımağa məcbur qaldığını deyir.
Şərur Rayon Su İdarəsindən məsələ ilə bağlı bildirilib ki, sakinləri içməli su ilə təmin etmək üçün üç artezian quyusu fəaliyyət göstərir:
"Əlavə olaraq bu kəndə drenaj vasitəsilə Arpaçaydan da su verilir. Suyun bəzi evlərə getməməsinin səbəbi isə əhalinin suyu boş yerə axıtmasıdır. Qonşular bir-birini başa düşəndə su görəcəklər".
Daha ətraflı Baku TV-nin süjetində:
Şərur rayonunun Kosacan kəndində sakinlər susuzluqdan əziyyət çəkirlər.