Dünya təcrübəsinə görə, avtobus zolaqlarından taksilər, yanğınsöndürən avtomobillər, polis və təcili tibbi yardım maşınları istifadə edə bilər.
Ekspertlər bildirirlər ki, bir çox Avropa ölkələrində qanunsuz fəaliyyət göstərən taksi sürücüləri, avtobus zolağına daxil olduqlarında onlar xüsusi texniki vasitələrlə müəyyən edilirlər.
Bəs Azərbaycanda taksilər avtobus zolağından istifadə edə bilər?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır:
"Sərnişindaşımanın böyük hissəsi məhz avtobuslarla həyata keçirilir. Zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır. Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı, minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır".
Qeyd edək ki, ölkəmizdə avtobus zolaqlarından digər nəqliyyat vasitələrinin istifadəsinə görə 100 manat cərimə və əlavə olaraq 2 balla qiymətləndirilir.
Daha ətraflı Baku TV-nin süjetində:
Dünya təcrübəsinə görə, avtobus zolaqlarından taksilər, yanğınsöndürən avtomobillər, polis və təcili tibbi yardım maşınları istifadə edə bilər.
Rəylər