Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Tanınmış marketdə vaxtı keçmiş məhsullar satılır
Paytaxtın mərkəzində, Nizami küçəsində yerləşən məşhur marketlər şəbəkəsinin filialında hazır qidalar vaxtı ötmüş şəkildə satılır.
Oxu.Az xəbər verir ki, Baku TV-nin əməkdaşı sözügedən marketdə olub, araşdırma aparıb.
Obyekt müdirinin buna reaksiyası isə sərt olub.
Məsələ ilə bağlı marketlər şəbəkəsinin mətbuat xidmətindən bildirilib ki, mağazalarında mütəmadi olaraq keyfiyyətə nəzarət mütəxəssisləri və mağaza əməkdaşları tərəfindən yoxlamalar aparılır:
"Hər hansı uyğunsuzluq olarsa, dərhal aradan qaldırılır. Sözügedən məsələ tərəfimizdən araşdırılıb və zəruri tədbirlər görülüb".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, qeyd olunan görüntülər qurum tərəfindən nəzarətə götürülüb: "Hazırda araşdırmalara başlanılıb. Nəticələr barədə məlumat veriləcək".
Ətraflı süjetdə:
"Baku TV" teqi üzrə xəbərlər
- Bayramı bölgələrdə keçirmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər ötən ildən YÜKSƏK OLACAQ
- Qərbi Azərbaycan Xronikası: Hayların hiyləsi - Ayaslı necə Ayqestan oldu?
- Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ
- Eduard Məmmədov: "Zəfər Günündə iki dəfə Avropa çempionu oldum"
- Yadplanetlilərlə görüşdüyünü iddia edən kişi onlarla necə əlaqə qurmasından DANIŞDI