Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçki ilə əlaqədar deputatlığa namizədlərin təşviqat kampaniyası başa çatır.
Sabah - avqustun 31-i Azərbaycanda "sükut günü"dür. 125 dairə üzrə seçkidə 990 namizəd mübarizə aparır. Seçki ekspertlərinin rəyinə görə, başa çatmaqda olan seçki kampaniyası Azərbaycanda indiyə qədər keçirilən parlament seçkisi kampaniyaları sırasında ən sakit, kiçik istisnalar xaric gərginliklər yaşanmayan seçki kampaniyası olub.
Namizədlərin sırasında aktiv, parlaq təbliğat-təşviqat kampaniyası aparanlar olsa da, onların sayı elə də çox deyil.
Bu sırada 70 saylı Neftçala seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin müşaviri, Azərbaycan Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlının apardığı təşviqat kampaniyası xüsusi diqqət çəkdi.
"Neftçala üçün birlikdə" şüarı ilə seçki təşviqatı aparan T.Rüstəmxanlı təşviqat üçün ayrılmış 20 gün ərzində dairənin ən ucqar məntəqələrini belə əhatə edib. Belə ki, Tənzilə Rüstəmxanlının seçki qərargahından verilən məlumata görə, bu müddət ərzində 49 məntəqənin hər birində görüşlər keçirməklə dairənin dislokasiya ərazisi tam əhatə olunub. Bundan başqa seçki qərargahında yüzlərlə vətəndaş qəbul olunub, onlarla şəhid ailəsi və qazilər ziyarət edilib.
Avqustun 24-də Neftçala Olimpiya Kompleksində keçirilən görüş isə bütövlükdə ölkə üzrə keçirilən seçki təşviqatının zirvə məqamlarından biri oldu. Mindən artıq seçicinin iştirak etdiyi bu görüşdə həm də namizəd-seçici münasibətlərinin nadir ünsiyyət sevgisi yaşandı.
Kəndlərdə sevgi ilə qarşılanan namizədə bu görüşdə rayonun ümumi münasibəti ifadə olundu ki, bu həm də seçkinin nəticəsi haqda öncədən tərəddüdsüz düşünməyə əsas verir.
Bu dövr ərzində Tənzilə Rüstəmxanlının seçki qələbəsi üçün ölkənin tanınmış insanlarının, QHT və digər təşkilatların dəstəyi Neftçala seçicisinin rəyinin hər kəs tərəfindən sevinclə qarşılanacağını göstərdi.
Bir sözlə "Neftçala üçün birlikdə" 1 sentyabr seçkisinə doğru!!!
Rəylər