"TikTok" platforması üzərindən faydalı kontent yaratmaqla məşğul olan pianoçu-pedaqoq Vüsal Süleymanov və rus dili müəllimi Kamilla Hüseynova Baku TV-nin qonağı olublar.
Onlar "TikTok"da faydalı kontent yaratmaqdan, iş zamanı qarşılaşdıqları tənqidlərdən bəhs edib, həmçinin bu sahəyə yeni başlayan şəxslərə tövsiyə veriblər.
"TikTok" hesabınız necə tez böyüməyə başladı?", - sualına Kamilla Hüseynova belə cavab verib:
"Həmin an hələ də yadımdadır. İlk videolar çox az baxış yığırdı. Lakin axşamüstü bir video paylaşdım və gecə həmin video "kəşfet"ə düşdü. Gecə hər saniyə mənə bildirişlər - şərhlər, abunələr gəlirdi. Həmin gün səhərə qədər yata bilmədim. Çünki belə təcrübəni ilk dəfə yaşayırdım".
Vüsal Süleymanov "TikTok"da qarşılaşdığı tənqidlərdən danışıb.
O, tədris metodikasının tənqid olunduğunu söyləyib:
"Tədris prosesində fərqli yollardan istifadə edirəm. Tənqidlər bizi ruhdan salmamalıdır, daha çox stimullaşdırmalıdır. Tənqid edilirsinizsə, deməli, nəsə iş görürsünüz, passiv deyilsiniz".
Kamilla Hüseynova isə əsasən iki mövzuda tənqid olunduğunu deyib:
"Birincisi, bu işlə məşğul olduğum üçün, yəni rus dilini öyrətdiyim üçün tənqid edilirəm. Bu şərhlərə isə videocavab verirəm. Videocavablarda isə heç vaxt neqativ reaksiya vermirəm. Azərbaycan dilini mükəmməl şəkildə bilmirəm, bəzən danışanda səhvlərim olur. Bu isə ikinci tənqid olunduğum mövzudur. Hər hansı xırda səhvimi tutan kimi mütləq bunu mənə bildirirlər".
Ətraflı süjetdə:
"TikTok" fenomenləri tənqidlərdən DANIŞDILAR: "O videodan sonra yata bilmədim"
Rəylər