2020-ci ildə icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi planlaşdırılırdı. Həmin il tibbi xidmətlərə görə müştərək maliyyələşmə məbləği də açıqlanmışdı. Ötən il "Tibbi sığorta haqqında" qanuna dəyişiklik edilərək müştərək maliyyələşmənin tətbiqi 2025-ci il yanvarın 1-dək təxirə salınıb.
Müştərək maliyyələşmə nədir? Bunun tətbiqi nəyi dəyişəcək?
Mövzu barədə Bizim.media-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, müştərək maliyyələşmə vətəndaşın birbaşa ambulator-poliklinik və digər xidmətlərə görə müraciətində tətbiq ediləcək:
"İcbari tibbi sığortada həmin müştərək maliyyələşmə sisteminin tətbiqi 2024-cü il yanvarın 1-dən başlamalı idi. Lakin bu, təxirə salındı. 2025-ci il yanvarın 1-nə keçirildi. Həmin qanuna əsasən, sığorta olunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik xidmətlərdən və yaxud icbari tibbi sığorta zərfinə daxil olan tibbi xidmətlərdən istifadə etdiyi və həmin ərazidən kənarda yerləşən dövlət tibb müəssisələrinə göndərildiyi halda, paralel olaraq müalicənin gedişi boyu təkrar müalicəyə ehtiyac yarandığı halda və bunu dövlət sığorta mərkəzi həyata keçirirsə, bu zaman müştərək maliyyələşmə tətbiq edilir və məbləği ödənilir".
Həkim bildirib ki, bu sahədə ən nümunəvi model Türkiyə səhiyyəsidir:
"Bu məsələlər gələn ildən yəqin ki, öz həllini tapar. Bütün bunları qanuni qaydaya salmaq üçün dünya təcrübəsinə müraciət etməli və onun Azərbaycanda tətbiqinə çalışmalıyıq. Bununla bağlı ən yaxşı nümunəvi model Türkiyə modelidir".
Rəylər