Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə ilk dərs günü baş tutub.
624 şagird yerlik məktəbdə 14 nəfərlik pedaqoji heyət şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olacaq.
Şagirdlərdən 40 nəfəri birinci, 450-dən çoxu II-XI siniflər üzrə təhsil alacaq, 45 nəfər isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb ediləcək.
Qeyd edək ki, təhsil ocağı 1945-ci ildən Azərbaycan məktəbi kimi fəaliyyət göstərib.
PhotoStock.az-ın məktəbin ilk dərs günündən hazırladığı fotoreportajı təqdim edirik:
Rəylər