Xırdalan şəhəri bazarın qarşısında səki avtomobillər tərəfindən zəbt olunub.
Avtosfer.az xəbər verir ki, piyadalar hərəkət üçün yer qalmadığından obyektlərin pilləkənləri ilə hərəkət etməyə məcbur olurlar.
Həmçinin yolun hərəkət hissəsi də piyadaların keçid yerinə çevrilib. Bu da həm tıxac yaradır, həm də hər an qəzaların baş verməsi ehtimalını artırır.
Sakinlər deyirlər ki, Xırdalanda dayanma-durmaya nəzarət yoxdur. Sürücülər avtomobillərini istədikləri yerdə saxlayırlar ki, bu da ciddi problemlər yaradır. Fotoları təqdim edirik:
Rəylər