"Daşkəsən rayonunun Xoşbulaq kəndinə ildırım düşməsi nəticəsində qırılaraq yerə düşən yüksəkgərginlikli elektrik xətti tam bərpa olunub".
Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərişıq" ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu verib.
"Elektrik xəttindəki problem aradan qaldırılıb. Elektrik enerjisinin verilməsi tam bərpa olunub", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Daşkəsən rayonunun Xoşbulaq kəndində qeyri-sabit hava şəraiti fəsad törədib.
"Report"un məlumatına görə, ildırım düşməsi nəticəsində kənd ərazisində yüksəkgərginlikli elektrik xətti qırılaraq yerə düşüb və kiçik yanğın olub.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Rəylər