Şəmkir rayonunda vətəndaş elektrik cərəyanının vurması nəticəsində həyatını itirib.
Bu barədə Daxili İşlər Nazirliyinin Gəncə Regional İdarəsindən Oxu.Az-a verilən məlumatda bildirilir.
Qeyd olunub ki, hadisə avqustun 30-u saat 13-də Şəmkir rayonunun Abbaslı kəndinin ərazisində baş verib.
Kənd sakini, 1993-cü il təvəllüdlü Surxay Rizvan oğlu Cəfərov yük avtomobilinin hərəkət etməsinə maneə yaradan dəmir borunu qaldırmaq istəyərkən ehtiyatsızlıqdan elektrik cərəyanının vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Əzizə İsmayılova
Rəylər