Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Araz" supermarketlər şəbəkəsi ötən il 1094 yeni iş yeri açıb. Şirkətin İnsan resursları və biznesə dəstək direktoru Pərviz Qasımovun sözlərinə görə, hazırda 11 mindən çox şəxsin fəaliyyət göstərdiyi "Araz" əməkdaşlarının uğurlu karyera yolu keçməsi, peşəkar inkişafı, bilik və bacarıqlarının artırılması üçün müxtəlif layihələr həyata keçirir.
1140-dan çox əməkdaşa 46 mövzuda təlim
Pərviz Qasımovun sözlərinə görə, ötən il "Araz" əməkdaşlarına 46 mövzuda təlim təşkil edilib. Təlimlərdə 1140-dan çox əməkdaş iştirak edib: "Əməkdaşlar üçün müxtəlif mövzularda təlimlər təşkil olunur. Bu siyahıda "Məhsulların xarakteristikası", "Excel" bilikləri", "Data-analitika", "Maliyyə analizi", "Keyfiyyətin idarə edilməsi", SƏTƏM kimi təlimləri misal göstərmək olar. Əməkdaşların peşəkar inkişafı üçün xarici ölkələrdən təlimçilər cəlb edilirlər".
Əməkdaşlar üçün fərdi inkişaf planları – "Marketdən ofisə"
"Araz"da prespektivli əməkdaşların karyera inkişafı məqsədilə fərdi inkişaf planları da hazırlanır. Verilən tapşırıqları uğurla yerinə yetirən əməkdaşlar müxtəlif vəzifələrə təyin edilirlər: "Əməkdaşlarımızın karyera inkişafına imkan verən layihələrimizdən biri də "Marketdən ofisə" layihəsidir. Uzun müddət mağazalarda işləyən ali təhsilli gənclər seçilirlər və onlar üçün fərdi inkişaf planı hazırlanır. Ofisdə uyğun vakansiya yarandıqda həmin namizədlər arasından seçim edilir. Logistika Mərkəzimizdə isə "Fəhlədə inkişaf" layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində Logistika Mərkəzində çalışan ali təhsilli fəhlələrimizə 3, 6 aylıq və bir illik təlimlər keçirilir. Proqramı uğurla başa vuran əməkdaşlarımız yaranan vakansiyalar, daha yüksək vəzifələrdə dəyərləndirilirlər", - deyə P.Qasımov əlavə edib.
"Araz" supermarketlər şəbəkəsi kadr hazırlığı istiqamətində müxtəlif ali təhsil müəssisələri ilə də sıx əməkdaşlıq edir: "ADA Universiteti, Biz Bakı Biznes Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti ilə müxtəlif layihələr həyata keçiririk. Bu layihələrə əsasən tələbələr şirkətimizdə təcrübə proqramına cəlb edilir və uğurlu namizədlər işlə təmin olunur. Eyni zamanda şirkətin rəhbər şəxsləri həmin ali məktəblərdə mühazirə və təlimlər keçirlər. Məqsədimiz xüsusi istedadlı gəncləri tapmaq və şirkətimizin strateji məqsədlərini həyata keçirmək üçün onları komandamıza cəlb etməkdir".
Rəylər