Zərafət və füsunkarlıq ab-havası Xəzərin sahilində yay boyunca hökm sürmək fürsəti qazanıb. "Sea Breeze Resort"da "Maize" çimərliyinin qızılı qumlarında yayın hökmranlığı "Yves Delorme" tərzi ilə başladı: narıncı tonlara bürünmüş və "Croisiere" kolleksiyasından ilham almış qamaklar, dekorativ yastıqlar, yumşaq döşəklər və kreslolar.
Bakının məşhur çimərliyi yenilənib və öz parlaq narıncı çalarları ilə yayı qarşılamağa hazırdır. Xəzər sahilinin günəşli vahəsi premium tekstil sahəsində özünü dəb lideri kimi tanıtmış brendin dekor elementləri ilə bəzədilib.
"Yves Delorme" tərzində yay mövsümünə 7 iyun tarixində, axşam saatlarında start verilib. Çimərlikdə narıncı tonlarda etüd ortaya çıxıb: qürubun dolğun rəngləri "Yves Delorme" brendinin Azərbaycandakı eksklüziv distribütorluğunu həyata keçirən "Italdizain" şirkəti tərəfindən təqdim edilən yay kolleksiyasının parlaq və isti günəş koloristikasını vurğulayıb. "Qızıl saat"ın mənzərə fotoşəkilləri anın gözəlliyi və estetikasını ehtiva edib.
Qapalı əyləncə gecəsinin qonaqları məşhur influenserlər və media nümayəndələri idi. Gecənin atəşin ab-havasına DJ Nicolas Mun cavabdeh idi və fransız ruhunda Bakı yayının dadı mövsümün xüsusi "Yves Delorme Breeze" kokteylinin təqdimatı ilə vurğulanırdı.
Bakıda yay istirahətinin əsl məkanı, orijinallığı ilə fərqlənən "Maize" çimərliyi öz üslubunda Yaponiya və Peru mədəniyyətinin qastronomiya ənənələrini, dəniz sahilində ekzotik əyləncələrin qaynar ab-havasını, rahatlıq gətirən çimərlik istirahəti üçün hərtərəfli düşünülmüş infrastrukturu birləşdirir.
"Yves Delorme" ilə əməkdaşlıq "Maize" çimərliyinə unikal tərz və yeni səviyyədə rahatlıq bəxş edərək onu yeni şəklə salıb. Hovuz, qamaklar, rahat kafe və brendin özünəməxsus tərzində bəzədilmiş fotozona qonaqları gözləyir.
"Maize" bu mövsümdə fransız zərafəti çalarları ilə bütün sevimli yay ssenarilərini özündə cəmləyəcək.
Eksklüziv açılış mərasimindən sonra "Maize" çimərliyi buraya gəlməyi arzulayan hər kəsə açıqdır. Gəlin və Xəzərin sahilində yaydan "Yves Delorme" ilə birlikdə mövsümün sonuna qədər həzz alın.
Pozitiv notlarla zəngin və açıq mavi, çəmənlik yaşılı, narıncı kimi dolğun çalarlarda təqdim olunan təktikişli, rəngarəng "burdon" naxışının detalları ilə bəzədilmiş dekorativ yastıqlar və çimərlik dəsmallarından ibarət "Croisiere" yay kolleksiyası artıq "Yves Delorme" butikindədir.
Ünvan: Azərbaycan, Bakı, 28 may küçəsi, 26.
Əlaqə nömrəsi: +994 (12) 493-13-34
"Yves Delorme" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/ru/brands/yves-delorme
"Italdizain" şirkəti 1996-cı ildə təsis olunub və öz fəaliyyətinə mətbəx üçün keyfiyyətli italyan avadanlıqlarının Azərbaycanda satışı ilə başlayıb. Zaman keçdikcə, böyüyən və inkişaf edən "Italdizain" şirkəti yeni istiqamətlər açaraq öz biznesini daha da genişləndirib. Hazırda isə "Italdizain" şirkəti zərgərlik məmulatları, saatlar, qab-qacaq, eləcə də ev və interyer əşyalarının satışı üzrə ixtisaslaşmış onlarla butiki özündə birləşdirən böyük holdinqdir.
"Yves Delorme" 175 ildən çox tarixə malik, dəbdəbəli ev əşyaları və tekstil məhsulları ilə məşhur fransız şirkətidir. Əsası 1845-ci ildə qoyulmuş şirkət ən yaxşı materiallardan istifadə edərək, ənənələri müasir tendensiyalara uyğunlaşdıraraq yüksəkkeyfiyyətli yataq dəstləri, dəsmallar və digər interyer əşyalarının istehsalı üzrə ixtisaslaşıb.
"Fremaux-Delorme" ailə biznesinin tərkibinə daxil olan "Yves Delorme" şirkəti Fransada, Lion şəhərində yerləşir. O, Fransanın aparıcı lüks brendlərini birləşdirən nüfuzlu Kolber komitəsinin üzvüdür. Orqanik pambıqdan istifadə edən, ekoloji cəhətdən təmiz istehsal metodlarını dəstəkləyən "Yves Delorme" dayanıqlı inkişaf prinsiplərinə fəal şəkildə riayət edir. Şirkətin zərif fransız tərzli və təkrarsız keyfiyyətli məhsulları bütün dünyada 450-dən çox mağazada təqdim edilir.
Rəylər