ABŞ-nin Livandakı səfirliyinə silahlı hücum olub.
Bu barədə Livanın hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Məlumata görə, Beyrut şəhərinin Avkar qəsəbəsində yerləşən ABŞ səfirliyinin binası avtomat silahlardan atəşə tutulub.
"Naməlum şəxs diplomatik missiyanın ərazisində atəş açıb, mühafizəçilərdən biri yaralanıb. Hücum edən şəxs də yaralanıb, o, Livan hərbçiləri tərəfindən saxlanılıb", - deyə mənbə qeyd edib.
Məlumata görə, atəş açan suriyalı olub və atışma nəticəsində diplomatik missiyanın girişinə yaxın ərazidə yanğın başlayıb.
Səfirlikdən bildirildiyinə görə, obyektlərə və diplomatik heyətə ziyan dəyməyib və hazırda təhlükəsizlikdədirlər.
Səfirliyin ərazisi ordu patrulları tərəfindən mühasirəyə alınıb və insident araşdırılır.
Mənbə: TASS, Gazeta.ru