Virciniya Universitetinin Tibb fakültəsinin alimləri "KLF-15" zülalının ağ piy hüceyrələrinin bej rəngə çevrilməsi prosesində mühüm rol oynadığını aşkar ediblər.
Oxu.Az Gazeta.ru-ya istinadən bildirir ki, bu zülalın fəaliyyətinin zəifləməsi yağın tündləşməsinə və kalorilərin sürətli yanmasına gətirib çıxarır.
Alimlər izah edirlər ki, bej rəngli yağ hüceyrələrində daha çox mitoxondriya, qan şəkərini və maddələr mübadiləsini daha effektiv tənzimləməyə imkan verən hüceyrələrin enerji istehsal edən komponentləri var. Bu onları piylənmə və ikinci tip diabetin müalicəsi üçün potensial olaraq faydalı edir.
Bəzi tədqiqatçılar bej rəngli yağ yaratmaq üçün kök hüceyrələrin istifadəsini tələb edə biləcəyinə inanırlar. Lakin siçanlar üzərində aparılan təcrübə nəticəsində məlum olub ki, "KLF-15" zülalının istehsalını məhdudlaşdırmaqla adi ağ piy hüceyrələrinin qaralması prosesini işə salmaq mümkündür.
Alimlərin fikrincə, "KLF-15" orqanizmdə enerji balansını saxlamağa kömək edən "Adrb1" adlı reseptorun tənzimlənməsi üçün vacibdir. Tədqiqatçılar qeyd ediblər ki, "Adrb1" reseptorunu hədəf alan yeni dərmanların yaradılması insanlarda piylənmənin müalicəsinin effektivliyini artıra bilər.
Rəylər