Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Almaniya kansleri "topal ördək" adlandırıldı
Almaniyanın Xristian-Demokrat İttifaqının sədri Fridrix Merts hesab edir ki, ölkə hökuməti ABŞ-nin Demokratlar Partiyasının namizədi Kamala Harrisin seçilməsinə üstünlük verməklə səhv edib.
Oxu.Az xəbər verir ki, müxalifət partiyasının lideri "Stern" jurnalına müsahibəsində Almaniya Xarici İşlər Nazirliyinin birtərəfli qaydada K.Harrisin tərəfini tutduğuna diqqət çəkib.
"Trampın güclü yaddaşı var. İndiki Almaniya hökumətinin yeni administrasiyada hörməti olmayacaq. Şolts indi beynəlxalq səhnədə topal bir ördəkdir", - deyə Merts bildirib.
XDİ lideri qeyd edib ki, kansler seçiləcəyi təqdirdə ABŞ ilə münasibətlərdə Almaniyanın maraqlarını daha fəal müdafiə etmək və D.Trampla bərabər şərtlərlə danışmaq niyyətindədir.
"Olaf Şolts" teqi üzrə xəbərlər
- Şolts və Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər
- İlon Mask Almaniyanın vitse-prezidentini təhqir etdi
- Trampın xarici siyasəti dünyaya nə vəd edir? - "Kaspi"nin TƏHLİLİ
- 80-dən çox dövlətin liderləri COP29 çərçivəsində Dünya İqlim Fəaliyyəti Sammitində çıxış edəcəklər
- Rəcəb Tayyib Ərdoğanın Almaniya kansleri ilə görüşü keçirilir
Rəylər