ABŞ-nin Arkanzas ştatında ərzaq mağazasına silahlı basqın olub. Hücum zamanı azı üç nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
Bu barədə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları xəbər veriblər.
Sosial şəbəkələrdə hadisə şahidi tərəfindən çəkilən silahlı basqın anının görüntüləri yayılıb.
Hücum edən şəxsi polis əməkdaşları atəş açaraq yaralamaqla saxlaya biliblər. Bildirilir ki, onun aldığı xəsarətlər həyati təhlükə törətmir. Bundan əlavə, iki polis əməkdaşı da yaralanıb.
Hadisənin səbəbləri araşdırılır.
ABŞ-nin Arkanzas ştatında ərzaq mağazasına silahlı basqın olub. Hücum zamanı azı üç nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
Mənbə: Kp.ru
Rəylər