Bu gün Azərbaycanla Ermənistan arasında aparılan delimitasiya prosesi nəticəsində Tavuş vilayətinin Kirants (Günən) kəndində son üç sərhəd dirəyi quraşdırılıb.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Sərhəd dirəklərinin yanında sərhədçilərin dayandığı bildirilir.
Ermənistan polisi Azərbaycan-Ermənistan sərhədində yerləşən Kirants (Xeyrimli) kəndinə giriş-çıxışı bağlayıb.
12:24
Ermənistan polisi Azərbaycan-Ermənistan sərhədində yerləşən Sarıgah kəndinə aparan yolu bağlayıb.
Bu barədə Ermənistan "Telegram" kanalları məlumat yayıb.
Qeyd olunur ki, yaşayış məntəqəsinin girişində avtomobillər yalnız yoxlanılandan sonra kəndə buraxılır.
Məlumat üçün əlavə edək ki, hazırda Ermənistan polisi Azərbaycan-Ermənistan sərhədində yerləşən Kirants (Günən) kəndinə də giriş-çıxışı bağlayıb.
11:48
Azərbaycan-Ermənistan sərhədinin Kirants (Günən) və Xeyrimli kəndləri arasındakı hissədə sərhədin demarkasiyası ilə bağlı işlər yekunlaşmaq üzrədir.
Bu barədə erməni "Telegram" kanalları məlumat yayıblar.
Xəbərdə qeyd olunub ki, sözügedən hissədə sərhəd Ermənistan Sərhəd Qoşunları tərəfindən nəzarətə götürülüb.
Məlumat üçün əlavə edək ki, hazırda Ermənistan polisi Azərbaycan-Ermənistan sərhədində yerləşən Kirants (Günən) kəndinə giriş-çıxışı bağlayıb.
Ehtimal olunur ki, Ermənistan polisi qarşıdurmanın qarşını almaq məqsədilə kəndə giriş-çıxışı bağlayıb.
Rəylər