Türkiyənin "Koç Holdinq"i "Yapı Kredi Bank"ın səhmlərinin satışı üçün "First Abu Dhabi Bank" ilə danışıqlara başlayıb.
Məsələyə yaxın mənbələr qiymətlə bağlı danışıqların davam etdiyini və razılaşma əldə olunarsa, əməliyyatın həcminin 8 milyard dollar civarında ola biləcəyini bildiriblər.
Xəbərlə əlaqədar açıqlama verən "Koç Holdinq" danışıqların davam etdiyini, lakin ictimaiyyətə açıqlama tələb edən hər hansı bir razılaşma olmadığını bildirib.
Mənbə: NTV
Rəylər