"Bitcoin"in məzənnəsi aprelin sonundan bəri ilk dəfə 71 min dolları ötüb. Bir gün ərzində kriptovalyuta, demək olar ki, 4 min dollar (6,8 min manat) bahalaşıb.
Bunu "Binance" birjasının məlumatları sübut edir.
Bakı vaxtı ilə saat 13:50-yə olan məlumata görə, "Bitcoin" 70 974 dollar (+6,09%) dəyərində olub. Son yeddi gündə onun məzənnəsi 13% artıb.
Kapitalizasiyasına görə ikinci ən böyük kriptovalyuta "Ethereum"un məzənnəsi 24 saat ərzində, demək olar ki, 18% artaraq pik həddə 3 713 dollara çatıb. Digər məşhur sikkələr cəmi 1-2% bahalaşıb.
"Bitget" kriptobirjasının analitiki Rayan Linin proqnozuna görə, iyun ayında "Bitcoin"in məzənnəsi 58 min dollardan 68 min dollar arasında dəyişəcək. İlk kriptovalyutanın məzənnəsinin daha da artmasına iki əsas amil mane olur: yeni istifadəçilərin aktivliyinin azalması və vəsait axınının ləngiməsi.
Mənbə: gazeta.ru
Rəylər