Brüsseldə şəhərdəki "Audi" avtomobil zavodunda minlərlə iş yerinin qorunmasına dəstək nümayişi keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS yerli polis məlumatlarına istinadən bildirir.
Aksiyada 10 mindən çox insan iştirak edir. Onlar məşğulluğu təmin etmək üçün Avropa İttifaqından sənaye sektoruna sərmayə qoymağı tələb edir və iqtisadiyyatın real sektorunda ixtisarlara qarşı çıxırlar.
Bildirilir ki, təxminən üç min nəfərin çalışdığı "Audi" zavodu satışların azalması və istehsal xərclərinin artması səbəbindən 2025-ci ildə bağlana bilər.
Rəylər