ABŞ-də bu gün baş tutan prezident seçkisində Respublikaçılar Partiyasından olan namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harrisi qabaqlayır.
Oxu.Az-ın "Associated Press"ə istinadən xəbər verir ki, ən son hesablamalara görə, Donald Tramp 277 səs, Kamala Harris isə 224 səs toplayıb.
Xatırladaq ki, qələbə qazanmaq üçün 270 seçici səsini toplamaq lazımdır.
Ən son məlumatlara görə, ABŞ-də bu gün baş tutan prezident seçkisində Respublikaçılar Partiyasından olan namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harrisi qabaqlayır.
Oxu.Az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, Donald Tramp 267 səs, Kamala Harris isə 224 səs toplayıb.
Respublikaçılar partiyasından Donald Tramp ABŞ-nin seçilmiş prezidenti oldu.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib.
ABŞ-də səsvermə başa çatıb, ölkədə son seçki məntəqəsi də bağlanıb.
Oxu.Az-ın RTVI-yə istinadən verdiyi məlumata görə, ölkədə son səsvermə Havay və Alyaskada keçirilib.
Havayda Harris qalib gəlib və ştatın dörd seçici səsini qazanıb. Alyaska üzrə nəticələr isə hələ tam hesablanmayıb.
Hazırkı nəticələrə görə, Donald Tramp 247, Kamala Harris isə 214 səs toplayıb.
Qələbə qazanmaq üçün 270 seçici səsini toplamaq lazımdır.
Ən son məlumatlara görə, ABŞ prezident seçkisində Respublikaçılar Partiyasından olan namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harrisi qabaqlayır.
Oxu.Az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, Donald Tramp 247 səs, Kamala Harris isə 210 səs toplayıb.
ABŞ prezident seçkisində Demokratlar Partiyasından olan Kamala Harrisin səsləri artmağa davam edir.
Oxu.Az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, o artıq 205 səs toplayıb.
Bununla belə, 230 səsi olan Donald Tramp seçki yarışında qabaqdadır.
Ən son məlumatlara görə, ABŞ prezident seçkisində Respublikaçılar Partiyasından olan namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harrisi qabaqlayır.
Oxu.Az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, Donald Tramp 230 səs, Kamala Harris isə 187 səs toplayıb.
Ən son məlumatlara görə, ABŞ prezident seçkisində Respublikaçılar Partiyasından olan namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harrisi qabaqlayır.
Oxu.Az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, Donald Tramp 214 səs, Kamala Harris isə 179 səs toplayıb.
Bu dəqiqələrə olan məlumata görə, ABŞ-də keçirilən prezident seçkisində Respublikaçılar Partiyasının namizədi Donald Tramp rəqibi, Demokratlar Partiyasının namizədi Kamala Harrisi qabaqlayır.
Oxu.Az "Associated Press"ə istinadən bildirir ki, hazıradək Donald Tramp 210, Kamala Harris 113 səs toplayıb.
Qələbə qazanmaq üçün 270 seçici səsini toplamaq lazımdır.
Apaçi dairəsinin Ali Məhkəməsinin qərarı ilə Arizona ştatının şərq hissəsindəki doqquz seçki dairəsində seçki məntəqələri əlavə iki saat açıq qalacaq. Səbəb seçki günü avadanlıq nasazlığı və çap olunmuş bülletenlərin çatışmazlığı kimi problemlərdir.
Bildirilir ki, məntəqələrin iş saatlarının uzadılması barədə qərar Navaxo xalqının müraciəti əsasında verilib.
Eyni zamanda, bomba hədələri səbəbindən Navaxo dairəsindəki məktəblərdə yerləşən seçki məntəqələrindən bəziləri müvəqqəti olaraq bağlanıb, biri isə təxliyə edilib.
Hakimiyyət orqanları Navaxo dairəsində ən azı üç seçki məntəqəsi olmaqla dörd yerdə bomba hədəsi ilə bağlı elektron mesajlar aldıqlarını bildiriblər. Onlar təhdidlərin həqiqi olmadığını müəyyən ediblər.
ABŞ-də keçirilən prezident seçkisində bu saata qədər respublikaçıların namizədi Donald Tramp 101, demokratların namizədi Kamala Harris isə 71 seçici səsi alıb.
Oxu.Az bildirir ki, bu barədə "Associated Press" ilkin hesablamalara və "exit-poll"ların ilkin nəticələrinə əsasən xəbər verib.
Tramp Alabama, Florida, İndiana, Arkanzas, Kentukki, Missisipi, Tennessi, Oklahoma, Cənubi Karolina, Qərbi Virciniya və ehtimal ki, Texasda qalib gəlib.
Harris Vermont, Rod-Aylend, İllinoys, Massaçusets, Konnektikut, Nyu-Cersi, Delaver, Merilend ştatlarında qalib gəlib. Həmçinin, onun Miçiqan, Şimali Karolina və Virciniya ştatlarından da yüksək səs alacağı gözlənilir.
Qələbə qazanmaq üçün 270 seçici səsini toplamaq lazımdır.
ABŞ prezident seçkisində seçicilərin üçdə birindən çoxu vaxtından əvvəl səs verib.
Oxu.Az xəbər verir ki, bu barədə Florida Universitetinin Seçki Prosesləri Laboratoriyası məlumat yayıb.
Onun məlumatına görə, ümumilikdə 84,6 milyon nəfər vaxtından əvvəl səs verib, 46,3 milyon nəfər şəxsən seçki məntəqələrinə gəlib, 38,3 milyon nəfər isə poçt vasitəsilə səs verib. Uzaqdan səsvermə üçün ümumilikdə 67,4 milyon bülleten tələb olunub.
Seçkilərdə təxminən 244 milyon insanın səs verməsi gözlənilir.
Son seçkilərdə 158,4 milyondan çox amerikalı iştirak edib.
ABŞ-də 60-cı prezident seçkisi başlayıb.
Əsas səsvermə bu günə - noyabrın 5-nə təyin edilib.
Bu barədə Oxu.Az İnterfaks.ru-ya istinadən xəbər verir.
Məlumata görə, ilk seçki məntəqələri Vermont ştatında yerli vaxtla səhər saat 05:00-da (Bakı vaxtı ilə 14:00) açılıb.
Men, Nyu-Cersi, Nyu-York və Virciniya kimi ştatlardakı seçki məntəqələri seçiciləri səhər saat 6:00-dan (Bakı vaxtı ilə 15:00) qəbul edəcək. ABŞ-nin paytaxtı Vaşinqtonda isə səsvermə saat 7:00-da (Bakı vaxtı ilə 16:00) başlayacaq.
Vaşinqton ştatında və Alyaskada məntəqələr saat 11:00-da (Bakı vaxtı ilə 20:00), Havayda isə 12:00-da (Bakı vaxtı ilə 21:00) açılacaq.
ABŞ-də 60-cı prezident seçkisi başlayacaq.
Əsas səsvermə günü noyabrın 5-nə təyin edilib.
Bu barədə Oxu.Az Interfax.ru-ya istinadən xəbər verir.
Prezident postu uğrunda Demokratlar Partiyasının namizədi və vitse-prezident Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi, ABŞ-nin keçmiş prezidenti Donald Tramp mübarizə aparırlar.
Prezidentlə birlikdə, həmçinin ABŞ-nin vitse-prezidenti də seçiləcək. Demokratlardan bu vəzifəyə Minnesota ştatının qubernatoru Tim Uolz, Respublikaçılar Partiyasından isə Ohayo ştatının senatoru Cey Di Vens namizəddir.
Bundan başqa, ABŞ prezidentliyi uğrunda Libertarian Partiyasının namizədi Çeyz Oliver, Yaşıllar Partiyasının nümayəndəsi Cill Stayn, eləcə də daha az tanınan partiyaların nümayəndələri və müstəqil namizədlər də mübarizə aparırlar.
Noyabrın 5-də, həmçinin prezident seçkisi ilə yanaşı, ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvləri və ABŞ Senatı üzvlərinin üçdəbiri üçün seçkilər keçiriləcək.
ABŞ-də prezident seçkisi yekunlaşdı: Tramp qalib gəlir
Rəylər