Çin konserni BYD Çendu avtosalonunda yeni "Xia" minivenini nümayiş etdirib.
Oxu.Az xəbər verir ki, bu barədə auto.ru məlumat yayıb.
Məlumata görə, yeni məhsulun satışına bu ilin sonuna kimi başlanacaq. Gözlənilən başlanğıc qiyməti 300 min yuandır (təxminən 72 min manat - red.).
"Xia"nın ölçüləri 5145x1970x1805, təkər bazası 3045 mm-dir.
Bir sıra yeni BYD məhsulları kimi, bu miniven də yeni beşinci nəsil DM hibrid sistemi ilə təchiz olunacaq. Güman edilir ki, "Xia"nın əsas versiyası üçün o, 156 at gücünə malik bir yarım litrlik turbo mühərrikdən və 272 at gücünə malik elektrik mühərrikindən istifadə ediləcək, lakin gələcəkdə arxa oxda əlavə mühərriki olan tam ötürücülü modifikasiyanın olması mümkündür. Böyük ven elektrik enerjisi ilə 200 km-ə qədər getməlidir. Yeni məhsulda, həmçinin bəzi digər modellərdə istifadə edilən pnevmatik elementlər olmadan "DiSus-C" özəl adaptiv asma alacaq.
Rəylər