Unikal "Ferrari F40" avtomobili "Iconic Auctioneers" hərracında satışa çıxarılıb.
Oxu.az championat.com-a istinadən xəbər verir ki, bu nümunə digərlərindən öz mühərriki ilə fərqlənir. V8 mühərriki ilə təchiz edilmiş standart modeldən fərqli olaraq, onun kapotu altında V12 quraşdırılıb. Lotun gözlənilən dəyəri 500-600 min funt sterlinqdir (təxminən 640-770 min dollar).
Məlumdur ki, bu avtomobil əvvəlcə "Ferrari" tərəfindən sınaq üçün istifadə edilib, sonra isə Britaniya "Simpson Motorsport"da iştirak edib.
"Ferrari F40" italyan brendinin 40 illik yubileyi üçün yaradılıb və şirkətin qurucusu Enzo Ferrarinin hazırladığı sonuncu avtomobil olub.
Rəylər