"Ermənistan KTMT katibliyinə təşkilatın 2024-cü il büdcəsini imzalamayacağı barədə rəsmi məlumat verib".
Bu barədə Respublika Xarici İşlər Nazirliyi yerli portallardan birinin sorğusuna cavab olaraq bildirib.
"Ermənistan Respublikası KTMT Katibliyinə qurumun 2024-cü il büdcəsi haqqında qərarını imzalamaqdan və bu qərarda nəzərdə tutulan təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina edəcəyi barədə rəsmi məlumat verib, sözügedən qərarla bağlı heç bir öhdəlik götürməyib", - deyə Xarici İşlər Nazirliyindən bildirilib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, KTMT Nizamnaməsinə uyğun olaraq İrəvanın təşkilat qarşısındakı maliyyə öhdəlikləri qüvvədə qalır.
Mənbə: TASS
Rəylər