Ötən gecə Ermənistanın Kotayk vilayətində polis idarəsində baş verən silahlı insidentin detalları məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat yerli KİV-də yayılıb.
Bildirilib ki, silahlı insidenti törədən şəxs İraq vətəndaşı olub. Belə ki, polis bölməsinə gətirilən şəxs xidmət əməkdaşlarından birinin avtomatını əlindən alıb və özünə atəş açmağa cəhd edib.
Daha sonra ətrafa atəş açmağa başlayıb. Nəticədə özü və daha iki polis əməkdaşı güllə yarası alıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Ermənistanın Kotayk vilayətində ötən gecə polis bölməsinə hücum olub.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən bildirir.
Məlumata görə, 45-50 yaşlarında əcnəbi kişi polis bölməsinə gələrək atəş açıb. Atışma zamanı bir polis əməkdaşı və hücum edənin özü yaralanıb.
Rəylər