Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fanatları işə gecikdiklərinə görə Madonnanı məhkəməyə veriblər
ABŞ-nin Nyu-York şəhərində fanatları Madonnanı məhkəməyə veriblər.
Məlumata görə, buna səbəb müğənninin konserti iki saat gecikdirməsi olub.
Konsert gecə saat birdə bitib. O vaxt konsertdən çıxan pərəstişkarlar nəqliyyat problemi ilə üzləşiblər. Belə ki, gecə saatlarında avtobus az olub, fanatların çoxu taksi ilə evə getmək məcburiyyətində qalıb. Evlərinə gec çatan adamlar səhər də işə getmək üçün oyanmaqda çətinlik çəkiblər.
Fanatlar iddia ərizəsində ulduzu ədalətsiz ticarətdə ittiham ediblər. Onların fikrincə, konsert vaxtının gecikdirilməsi biletdə yazılan şərtləri pozub. Madonnanı konsertinin gec başlamasına görə məhkəməyə verib və ertəsi səhər işə getmək üçün tez durmalı olduqlarına görə narazılıq ediblər.
Mənbə: Ura.ru
"Madonna" teqi üzrə xəbərlər
- 66 yaşlı Madonna 28 yaşlı futbolçu sevgilisindən ayrıldı
- Keçmiş arvadı Maykl Ceksonun şəxsi həyatı haqqında açıqlamaları ilə dünyanı şoka saldı: "Bakir idi"
- Madonna altı uşağı ilə fotosunu paylaşdı
- Madonna oğlunun ad günü şərəfinə şəxsi kadrlarını paylaşıb
- 65 yaşlı Madonna yeni gənc sevgilisini göstərdi
Rəylər