Finlandiya və İsveç hakimiyyət orqanları vətəndaşların müharibə və digər böhranlara hazırlığı məqsədilə xüsusi təlimatlar dərc edəcək.
Oxu.Az profile.ru-ya istinadən xəbər verir ki, bu barədə Finlandiya Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Erikka Koystinen məlumat verib.
"Vətəndaşların böhrana hazırlığı hər iki ölkənin hakimiyyətini ciddi şəkildə narahat edir", - o bildirib.
Məmurun sözlərinə görə, Finlandiya noyabrda mümkün böhranlara hazırlıq məqsədilə vebsayt istifadəyə verməyi planlaşdırır. Saytda vətəndaşlar üçün müxtəlif məlumatlar və tövsiyələr təqdim ediləcək.
Həmin dövrdə İsveç öz vətəndaşlarına müharibə vəziyyətində tətbiq ediləcək tövsiyələri əks etdirən çap təlimatları paylamağa başlayacaq. Ümumi tiraj təxminən beş milyon nüsxə olacaq və bunlar ölkənin bütün ailə təsərrüfatlarına çatdırılacaq.
Qeyd edək ki, İsveçdə oxşar təlimatlar sonuncu dəfə İkinci Dünya Müharibəsi dövründə çap edilib.
Rəylər