Fransanın müstəmləkəçilik siyasəti əleyhinə çıxış edən məşhur fəal və Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan Kemi Seba Parisdə polis tərəfindən saxlanılıb.
Oxu.Az bu barədə "24haubenin" portalına istinadən xəbər verib.
Kemi Seba Fransa ərazisinə qanunsuz yolla daxil olmaqda ittiham olunur.
Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Fransanın Afrikadakı müstəmləkələrində əhaliyə qarşı həyata keçirdiyi radikal tədbirlərə etirazların öncül simalarından olan Kemi Seba Bakıda keçirilən Fransa Müstəmləkə Siyasəti Əleyhinə Beynəlxalq Konfransda da iştirak edib.
Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxan siyasi fəal saxlanılıb
Rəylər