Gürcüstan Prezidenti Salome Zurabişvili LGBT təbliğatının qadağan edilməsi haqqında qanunu imzalamaqdan imtina edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS-a Gürcüstan liderinin administrasiyasından bildirilib.
"Prezident qanunu (LGBT təbliğatının qadağan edilməsi haqqında) imzalamayıb. Eyni zamanda o, qanuna veto qoymayıb. O, sadəcə onu imzalamayıb və parlamentə qaytarıb. Bizim qanunvericiliyimiz belə bir proseduru nəzərdə tutur", - deyə Zurabişvilinin administrasiyasının əməkdaşı bildirib.
Rəylər