Gürcüstanda keçirilən parlament seçkisində "Gürcü arzusu" partiyası qalib gələrsə, hazırkı prezidentə impiçment elan oluna bilər.
Oxu.Az "Mtavari" telekanalına istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Salome Zurabişvili oktyabrın 24-də keçirdiyi mətbuat konfransında bildirib.
Jurnalistlərin "Gürcü Arzusu" partiyasının qarşıdan gələn seçkidə mümkün qələbəsi ilə bağlı sualını cavablandıran siyasətçi bildirib ki, belə bir halda onun həbsxanaya göndəriləcəyi ehtimalı var.
"Əgər bu baş verərsə, yəqin ki, məni impiçmentə məruz qoyacaqlar və həbs edəcəklər", - telekanal Gürcüstan liderinin sözlərindən sitat gətirib.
O, parlament seçkisinin nəticələrinə görə ölkədə dövlət çevrilişi etməyi planlaşdırmadığını qeyd edərək, Mərkəzi Seçki Komissiyasının (MSK) seçkinin real nəticələrini açıqlayacağına ümid etdiyini bildirib.
Rəylər