"Gürcüstan və Rusiya hökumətləri diplomatik münasibətlərin bərpası məsələsi üzərində fəal işləyirlər".
Bu məlumatı "Mtavari Arkhi" telekanalı yayıb.
Kanalın "Kremlə yaxın" gürcü mənbəsi bildirib ki, hakim "Gürcü arzusu" partiyası bu planları rədd edib. Gürcüstan hökumətinin nümayəndələri Moskvada səfirliyin açılması ilə bağlı yayılan məlumatları əsassız adlandırıblar.
Xatırladaq ki, Tbilisi 2008-ci ilin sentyabrında Moskva ilə diplomatik əlaqələri kəsib. O vaxtdan bəri Rusiya və Gürcüstanın maraqlarını İsveçrənin Moskva və Tbilisidəki səfirlikləri təmsil edirlər.