Gürcüstanda parlament seçkisi sakit və təhlükəsiz keçib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natia İoseliani brifinqdə bildirib.
Onun sözlərinə görə, ölkə üzrə seçki məntəqələrinin 70%-dən əldə edilən məlumatına əsasən, Gürcüstanın hakim partiyası seçkilərdə 53% səslə qalib gəlir.
Əlavə olunub ki, səsvermə prosesində seçicilərin 58,94%-i iştirak edib. Parlament seçkisi zamanı MSK-ya 337 şikayət daxil olub.
Gürcüstanın hakim partiyası 56,1% səslə parlament seçkisində qalib gəlir.
Oxu.Az xəbər verir ki, bunu "İmedi TV"nin keçirdiyi "exit-poll"un nəticələri sübut edir.
Bildirilir ki, 4 müxalifət partiyası 5%-lik baryeri keçərək parlamentə daxil olur.
"Formula TV"nin sorğusunun nəticələrinə görə, Gürcüstanın hakim partiyası parlament seçkilərində 40,9% səslə qalib gəlsə də, müxalifət ümumilikdə daha çox səsə malikdir.
Rəylər