Bu gün Gürcüstanda ölkənin növbəti illər üçün siyasi kursunu müəyyən edəcək parlament seçkisi keçirilir.
Gürcüstan rəhbərləri, o cümlədən Prezident Salome Zurabişvili və Baş nazir İrakli Kobaxidze artıq Tbilisidəki seçki məntəqələrində səs veriblər.
Oxu.Az-ın "Sputnik Gürcüstan"a istinadən verdiyi məlumata görə, Tbilisinin mərkəzində, Kote Apxazi küçəsindəki seçki məntəqəsinə gələn Prezident Salome Zurabişvili səs verən ilk Gürcüstan rəhbəri olub. Səsvermədən sonra o, mətbuata bəyanat verib:
"Mən yeni Gürcüstan üçün, 22 il əvvəl buraya gəldiyim Gürcüstan üçün, əcdadlarımın dua etdiyi Gürcüstan üçün səs verdim".
Baş nazir İrakli Kobaxidze paytaxtın Bagebi rayonundakı seçki məntəqəsində səs verib. Parlament sədri Şalva Papuaşvili də artıq seçkidə iştirak edib.
Bu gün Gürcüstanda parlament seçkisi keçiriləcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, 2012-ci ildən hakimiyyətdə olan hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası dördüncü dəfə qalib gəlməyə çalışacaq.
Parlament mandatları uğrunda ümumilikdə 18 partiya mübarizə aparacaq. "Gürcü Arzusu"nun əsas rəqibləri dörd müxalifət partiyası hesab olunur - əsası eks-prezident Mixail Saakaşvilinin qoyduğu "Vahid Milli Hərəkat" olan "Birlik - Milli hərəkat" partiyası, keçmiş baş nazir Giorgi Qaxariyanın "Gürcüstan Naminə Qaxariya", "Güclü Gürcüstan" və "Dəyişiklik üçün koalisiya" partiyaları. Məhz bu dörd partiya "Gürcü Arzusu"ndan daha çox mandat alacağı təqdirdə koalisiya hökuməti yaratmağı planlaşdırır.
Rəylər