HƏMAS 2025-ci ilin martına planlaşdırılan daxili seçkiyə qədər hərəkatın ötən həftə öldürülən rəhbəri Yəhya Sinvarın xələfini təyin etməyi planlaşdırmır.
Oxu.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Asharq News" telekanalı HƏMAS-dakı mənbəyə istinadən xəbər verir.
Xatırladaq ki, İsrail ordusu oktyabrın 17-də Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində HƏMAS siyasi bürosunun rəhbəri Yəhya Sinvar öldürülüb. Onun cəsədi hazırda İsraildə saxlanılır. Təl-Əviv onu israilli girovlarla dəyişdirməyi planlaşdırır.
Rəylər