Montereydə Avtomobil Həftəsi çərçivəsində "Hennessey Venom F5" hiperkarlarının xüsusi xəttinin - "Hennessey Special Vehicles" bölməsinin hazırladığı "Stealth Series"in ictimai debütü baş tutub.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, "Hennessey Venom F5 Revolution" trek avtomobili əsasında "Stealth Series"in bir hissəsi kimi ümumilikdə üç avtomobil istehsal olunacaq.
"Stealth" seriyasındakı ilk avtomobil, Venom F5-in yaşıl rəngdəki eksklüziv versiyasıdır. Bu hiperkar, standart Venom F5 ilə eyni mühərrikə malikdir - 1 355 kVt (1842 at gücü) hasil edən 6.6 litrlik tvin-turbo V8.
Avtomobil həmçinin, diffuzorun, təkərlərin və splitterin qızılla örtülmüş elementləri, çoxlu sayda karbon hissələri ilə seçilir.
Gələcəkdə "Stealth Series" həmçinin "Venom F5 Revolution Roadster" və "Venom F5 Revolution Coupe"nin eksklüziv versiyalarını təqdim edəcək. Hennessey qeyd edir ki, artıq yeni avtomobillərə üç milyon dollar ödəyən alıcılar tapıblar.
Rəylər