Livanın "Hizbullah" hərəkatı gözlənilməz hadisə ilə üzləşib. Təşkilatın növbəti lideri postuna ən real namizəd kimi hesab edilən şeyx İbrahim Amin əs-Sayed öz namizədliyini irəli sürməkdən imtina edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Ateo Breaking" "Telegram" kanalı xəbər yayıb.
Bununla belə kanal "Hizbullah" katibliyinin bəyanatına istinadən bildirib ki, İbrahim Amin hələ qəti "yox" cavabını verməyib və bununla bağlı danışıqları mükün hesab edir.
Qeyd edək ki, bir neçə gün əvvəl "Asharq al-Awsat" qəzeti öz mənbələrinə istinadla Həsən Nəsrullahın ölümündən sonra "Hizbullah"da kollektiv rəhbərliyin ola biləcəyi barədə məlumat yaymışdı. Nəşrin məlumatına görə, kollektiv rəhbərlik təşkilata müharibənin sonuna qədər rəhbərlik edəcək. Bununla əlaqədar hər hansı bir təfərrüat açıqlanmayıb.
Rəylər