Böyük Britaniya Kralı III Çarlzın səhhəti kral ailəsinin üzvləri və onların yaxınlarında ciddi narahatlıq doğurur. Sarayda artıq mümkün hakimiyyət dəyişikliyi və bu baş verənə qədər hansı addımların atılmalı olduğu fəal şəkildə müzakirə olunur.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Daily Beast" nəşri xəbər verib.
Bildirilib ki, III Çarlzın monarxların əsrlər boyu davam edən xəstəliklərini gizlətmək ənənəsini pozaraq öz xəstəliyi barədə açıq elan etməsi vəziyyətinin ciddiliyindən xəbər verir.
"Kralın ölümünün müzakirəsinin ictimai maraq kəsb edən qanuni və praktiki məsələ olması barədə tutarlı arqumentlər var", - deyə məqalədə vurğulanıb.
Ekspertlər hesab edirlər ki, anası Kraliça II Elizabetin ölümündən sonra 2022-ci ilin sentyabrında taxta çıxan 74 yaşlı monarx artıq "finiş xəttinə" yaxınlaşıb.
Xatırladaq ki, fevralın əvvəlində III Çarlzda onkoloji xəstəlik aşkar edildiyi məlum olub və bununla əlaqədar həkimlər ona ictimai vəzifələrini təxirə salmağı tövsiyə ediblər.
III Çarlzın vəfatı halında taxt-tac onun böyük oğlu - Şahzadə Uilyama keçəcək. Bu hadisə Uilyamla kiçik qardaşı Şahzadə Harri arasında onsuz da gərgin olan münasibətləri daha da pisləşdirə bilər, çünki Uilyamın taxta çıxmasından sonra Harri kral ailəsi ilə barışmağa ümid edə bilməyəcək.
III Çarlzın səhhəti ilə bağlı narahatedici xəbərlər fonunda Şahzadə Uilyamın həyat yoldaşı Uels Şahzadəsi Keyt Middltonun xərçəng müalicəsi kursunu başa vurduqdan sonra öz vəzifələrinin icrasına qayıtdığı məlum olub.
Rəylər